Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzində Nazirlik yanında İctimai şura ilə görüş keçirilib.

DOST İş Mərkəzinin direktor müavini Bəhaüddin Əliyev “İşsizin dostu” proqramı çərçivəsində son 5 ayda görülən işlərlə bağlı İctimai şura üzvlərini məlumatlandırıb. Daha sonra davam edən müzakirələr zamanı Mərkəzin direktoru Firudin Cəbrayılov keyfiyyətli ictimai nəzarət, xidmətlərin təkmilləşdirilməsi işində İctimai şura üzvləri ilə görüşün və fikir mübadiləsinin önəminə diqqət çəkib.

 

İctimai şuranın sədri, professor Elşad Məmmədov DOST İş Mərkəzinin fəaliyyəti nəticəsində indiyədək on minlərlə vətəndaşın müvəqqəti məşğulluğunun təmin edildiyini, ilkin peşə vərdişlərinə yiyələndiyini bildirib.  Sədr sosial sahədə fəaliyyət göstərən dövlət qurumları ilə İctimai şura arasında əlaqələrin genişləndirilməsinin bu istiqamətdə vətəndaş məmnuniyyətinə və şəffaflığın təmin edilməsinə töhfə verdiyini vurğulayıb.

Görüşdə İctimai şura üzvlərinin DOST İş Mərkəzinin fəaliyyəti ilə bağlı sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsinin təmin edilməsi üçün bu cür müzakirələrin vacibliyi qeyd olunub