Honq Konq Universitetində həkimlər ilk dəfə qaraciyər xərçənginin son mərhələsində olan xəstəni xilas ediblər. Kişiyə 2022-ci ilin noyabrında qaraciyər xərçənginin sonuncu, dördüncü mərhələsi diaqnozu qoyulub. Onun 18,2 sm ölçüdə şiş olduğu və metastazların artıq yaxınlıqdakı damarlara nüfuz etdiyi məlum olub. Bundan əlavə, kəskin sirroza görə ona mütəmadi olaraq xəstəxanaya müraciət etmək də tapşırılıb.
QHT.az xəbər verir ki, əvvəlcə həkimlər şişi əməliyyat edilə bilən ölçüyə qədər azaltmaq üçün altı ay müddətində terapiya apardılar, sonra venoz damarlarda yaratdığı qan laxtalarının qarşısını aldılar. Avqust ayında oğlunun qaraciyərinin bir hissəsinin transplantasiyası uğurla həyata keçirilib.
Xəstəxanada uzunmüddətli müşahidədən sonra kişi evə buraxılıb: hazırda onun ölçüsü 1,5 sm olan şiş var. Bu, artıq xərçəngin ilk mərhələsidir və testlər yeni bədxassəli hüceyrələrin əmələ gəlməsi prosesinin olmadığını göstərir. Bu, şiş kiçilməsi və transplantasiya yolu ilə inkişaf etmiş qaraciyər xərçənginin uğurlu müalicəsinin dünyada ilk hadisəsi idi.
Pərvanə Fərhadqızı












