Günəş aktivliyinin monitorinqi xidmətləri son altı ilin ən güclü günəş alovunun olduğunu bildirib. Bu NASA-nın Günəş Dinamikası Rəsədxanası tərəfindən lentə alınıb. Günəş plazması buludunun şənbə, bazara kimi Yerə çatacağı proqnozlaşdırılır.

QHT.az xəbər verir ki, günəş aktivliyinin müşahidə tarixinə görə, sonuncu dəfə 2017-ci ildə belə güclü alışma qeydə alınıb. Söhbət rentgen diapazonunda ölçmələrdən gedir.  Artıq Yer atmosferinə daxil olan ionlaşdırıcı radiasiya səbəbindən radio rabitəsində fasilələr yaranıb.

 

Maqnit fırtınaları bizim rifahımıza necə təsir edəcək?

 

Maqnit fırtınaları kosmosa plazma buraxan günəş alovları nəticəsində yaranır. Bu plazma axını Yerin səthinə çatır və maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək maqnit qasırğalarına səbəb olur. Maqnit fırtınaları zamanı hava asılılığı olan insanlar stress, yuxusuzluq, lazımsız narahatlıq, əsəbilik və qorxu hiss edə bilərlər. Həkimlər qasırğaların rifahınıza təsirini azaltmaq üçün aşağıdakı tədbirləri tövsiyə edir:

  • Alkoqol və duz qəbulunu məhdudlaşdırın,
  • Stressdən və zəhlətökən iş yükündən qaçın,
  • Daha çox su iç
  • Kifayət qədər yatın və həddindən artıq gərginlikdən qaçın,
  • Həzm olunması çətin olan yağlı qidalardan uzaq durun, tərəvəz və meyvələrə üstünlük verin.

 

Maqnit qasırğaları texnologiyaya necə təsir edəcək?

 

Maqnit qasırğaları avadanlığın, xüsusən məlumatların ötürülməsinin düzgünlüyündən və elektromaqnit sabitliyindən asılı olan avadanlıqların işinə mənfi təsir göstərə bilər. Beləliklə, fırtınalar radar və elektrik avadanlığının pozulmasına səbəb ola bilər. Bəzi hallarda kosmik peyklər sıradan çıxa bilər, rabitə şəbəkəsində problemlər də yarana bilər. 

Pərvanə Fərhadqızı