Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) ilə Dünya Bankı arasında Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsinin maliyyələşdirilməsi ilə bağlı qrant Sazişi imzalanıb.

QHT.az Oxu.Az-a istinadən xəbər verir ki, bu bardə  Dünya Bankı məlumat yayıb. Qrantın dəyəri 2 milyon ABŞ dolları dəyərindədir.

Üçillik layihə Bankın idarəsində olan Sülh Quruculuğu Fondu tərəfindən maliyyələşdiriləcək.
Qrant məcburi köçkünlərə 3 istiqamət üzrə ayrılıb: Xüsusi bacarıqlara yiyələnməyə kömək üçün peşə hazırlığı və təlimi; layihədə iştirak edən məcburi köçkünlərin şəxsi bizneslərini daha yaxşı idarə etmələrinə yardım üçün onların maliyyə savadlılığını, maliyyə menecmenti və yaxşı biznes təcrübəsini artırmaqla bağlı təlimlər; məcburi köçkünlərin öz icmalarında fəallığına kömək etmək üçün vətəndaş iştirakı və sosial bilik üzrə bacarıqlarının artırılması.