“Füzuli rayonunda məskunlaşan qəhrəman şəhidlərimizin məğrur ailələrinə baş çəkdik. Lokal anti-terror əməliyyatlarında qəhrəmancasına şəhid olan Cəfərov Elşad Malik oğlu, Nadirli Elvin Yurik oğlu, Rəsulov Nurəddin Akif oğlu və Məmmədov Samir Məmməd oğlunun ailə üzvləri ilə görüşərək onları dinlədik. Qəhrəman şəhidlərimizin unudulmaz həyat yoluna yenidən nəzər saldıq”.
QHT.az xəbər verir ki, bu sözləri Millət vəkili Vüqar Bayramov bildirib. O, qeyd edib ki, Azəbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası məhz qorxmaz şəhidlərimizin qanları hesabına mümkün oldu.
Azərbaycan tarixində şəhidlərin mövqeyi daima ən hörmətli və dəyərli olub. Onlar ölkənin müstəqilliyi uğrunda öz canlarını fəda edərək vətənə xidmət edən və bu uğurda şəhadətə çatan qəhrəman insanlardır. Şəhidlərimizin qanları, öz ailələrini məğrur edən və milli birliyimizi möhkəmləndirib. Allah bütün şəhidlərimizə rəhmət etsin.
Pərvanə Fərhadqızı










