Bu gün 178 nömrəli məktəbdə dərslərdən öncə ərazi bütövlüyünün tam bərpası münasibətilə tədbir keçirilib.

QHT.az xəbər verir ki, İlk öncə Dövlət Himni səsləndirilib. Sonra Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktor əvəzi Cumayeva Ülviyyə Novruz qızı bildirib ki, Prezidentin Xankəndidə, eləcə də Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və Sərsəng su anbarı ərazisində üçrəngli bayrağımızın dalğalandırılması Ali Baş Komandanın apardığı siyasətin nəticəsində baş verib: “Bu 20 illik Prezidentlik fəaliyyəti dövründə İlham Əliyevin rəhbərliyi altında baş verib”.

Məktəbin ibtidai sinif müəllimi, əslən Ağdamdan olan Rüstəmova Sevda sevinc göz yaşları ilə ölkə Prezidentinə təşəkkürünü bildirib.

 

Pərvanə Fərhadqızı