Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Elyar Arif oğlu Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2010-cu ildən Azərbaycan Ordusunda xidmət edən Elyar Vəliyev 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Elyar Vəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı