BMT-nin İnkişaf Proqramı Biznes və İnsan Hüquqları (B+HR) gündəliyi naminə Azərbaycan Ombudsmanını dəstəkləməyə davam edir. Asiya Ombudsmanları Assosiasiyasının Direktorlar Şurasının ən son İstanbulda keçirilmiş 25-ci iclasında Regional Mərkəzi qlobal B+HR təşəbbüslərini təqdim edib və Azərbaycana dair hazırki qiymətləndirmə prosesini müzakirəyə çıxarıb.
QHT.az xəbər verir ki, bu əməkdaşlıq vasitəsilə Azərbaycan Ombudsmanı B+HR üzrə Milli Fəaliyyət Planının hazırlanması istiqamətində irəliləyişə nail olur. Birlikdə insan hüquqlarına hörmət edən və dayanıqlı inkişafa töhfə verən məsuliyyətli biznes təcrübələrini təşviq etməyi hədəfləyir. Məqsəd bizneslərin və insan hüquqlarının harmoniya içində uğurlu nəticə verəcəyi gələcəyə doğru işi inamla davam etdirməkdir.






