Azərbaycan Respublikası Mediasiya Şurasının və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association üzvü, mediator Aygün Əliyeva Türkiyə Respublikasında mediator olmaq üçün kursları müvəffəqiyyətlə keçərək mediator dərəcəsi alıb.

QHT.az xəbər verir ki, bu dərəcə ona Türkiyə Respublikasında mediator kimi fəaliyyət göstərmək üçün müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra mediator kimi fəaliyyət göstərmək səlahiyyəti verir. Aygün Əliyeva Türkiyə Cümhuriyyətində mediator statusunu qazanan ilk azərbaycanlıdır. Eyni zamanda Aygün Əliyeva TOBBUYUM Mediasiya Mübahisələrin həlli mərkəzinin xarici işlər komissiyasının üzvü və arbitrıdır. O, eyni zamanda İstanbul 2 nömrəli Vəkillər Barosunun beynəlxalq hüquq komissiyasının sədri və üzvüdür.