"Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Anar Xəlilov QHT.az-a özəl açıqlamasında ötən ilin Birlik üçün uğurlu olduğunu və həyata keçirilən layihə və tədbirlərin müsbət nəticələr verdiyini qeyd edib:

"2025-ci il üçün əsas prioritetlər arasında, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına dəstək verilməsi və işğaldan azad olunmuş torpaqlarımızın mədəniyyəti və tarixi haqqında araşdırmaların aparılması yer alır. Nəzərə alsaq ki, bizim birlik Şuşa rayonunda yaradılmış ictimai birlikdir bizi daha çox fəaliyyət gözləyir. Həmçinin biz digər ictimai sferaları da əhatə edən QHT koalisiyalarının da üzvüyük. Bu istiqamətdə də tədbirlər planlaşdırır və fəallığımızı artırmağı düşünürük". 

 

Pərvanə Fərhadqızı