Bu gün Azərbaycanın Milli Qəhrəmanı, I Qarabağ müharibəsi şəhidi, leytenant Koroğlu İsmayıl oğlu Rəhimovun anadan olmasının 70-ci ildönümüdür. O, 1953-cü ildə oktyabrın 31-də Oğuz rayonun Xaçmaz kəndində anadan olub.

QHT.az xəbər verir ki, Koroğlu Rəhimov 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılıb. O, "N" saylı hərbi hissənin 2-ci motoatıcı bölüyünün komandiri olub; bölüyü ilə birgə bir neçə kəndin düşmən işğalından azad edilməsində unudulmaz xidmətlər göstərib, öndə olub. Qəhrəmanımız 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Şəhid olduqdan iki il sonra, 16 sentyabr 1994-cü ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Milli Qəhrəmanımız haqqında 2 film çəkilib, bir neçə kitab nəşr edilib, ona ad edilmiş çoxsaylı şeirlər, məqalələr dərc olunub. Bakıda və Oğuz şəhərində Korğolu Rəhimovun adına küçə var. Paytaxtın Nərimanov rayonunda büstü qoyulub. Oğuzun Xaçmaz kəndində 3 saylı Körpələr evi Koroğlu Rəhimovun adını daşıyır.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı