Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Elnur Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı digər əsgərləri qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhid olub. Aprelin 3-ü isə şəhidimiz Füzuli rayonunda son mənzilə yola salınıb.
QHT.az xəbər verir ki, 1976-cı ilin 16 avqust günündə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb) bitirərək N saylı hərbi hissədə motoatıcı taqım komandiri kimi orduda xidmətə başlayıb.
Elnur Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı






