Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsi ilə və Açıq Hökumət Milli Platformasının və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsinin (ECSOFT) texniki dəstəyi ilə Komitənin mərkəzi və yerli ofislərinin əməkdaşları üçün “Korrupsiya hüquqpozmaları və etik davranış qaydaları” mövzusunda vebinar keçirilmişdir.

Tədbirin məqsədi Komitənin əməkdaşlarını korrupsiya hüquqpozmaları və etik davranış qaydaları ilə tanış etmək, o cümlədən maraqların toqquşması, şəffaflıq, dələduzluq və digər məqamlara dair məlumat vermək idi.

Tədbirdə ECSOFT layihəsinin ekspertləri Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev və Rəna Səfərəliyeva çıxışlar və təqdimatlar etmişlər. Tədbirlərdə Komitənin Bakı şəhəri və müxtəlif rayonlarda fəaliyyət göstərən 22 əməkdaşı iştirak etmişdir. Tədbirdə iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.