ABŞ Kənd Təsərrüfatı Nazirliyi uzun illərdir fəaliyyət göstərən “Food for Peace” (Sülh naminə ərzaq) proqramı çərçivəsində böyük həcmli maliyyələşdirmə planlarını açıqlayıb. Yeni maliyyələşdirmə ABŞ-ın “America First” (“Əvvəlcə Amerika”) siyasətinə uyğun həyata keçiriləcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, proqram ərzaq çatışmazlığı ilə üzləşən insanlara yardım göstərilməsini nəzərdə tutur. Lakin yeni qrantların ümumi məbləği və vəsait alacaq təşkilatların adları barədə ətraflı məlumat açıqlanmayıb.
Bundan əlavə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Banqkokda keçiriləcək illik toplantıları, Hewlett Fondunun maliyyələşdirdiyi layihələr və Zambiyada səhiyyə sahəsində əldə olunan razılaşma da beynəlxalq inkişaf sektorunun əsas gündəm mövzuları sırasındadır.












