ABŞ-ın Kaliforniya ştatından təqaüdə çıxan 769 min nəfərin şəxsi məlumatları oğurlanıb.

QHT.az xəbər verir ki, iyun ayında fayl ötürmə aləti MOVEit Transferində bir zəiflikdən istifadə edən kiberhücumdan bir çox insan və qurum ziyan çəkib.

Sözügedən kiber hücumda 769 min sistem üzvünün şəxsi məlumatları ələ keçirilib. Bunlara ad və soyad, doğum tarixi, sosial təminat nömrələri və ailə üzvlərinin adları kimi məlumatlar daxildir.

Bu arada məsələ ilə bağlı şəxsi məlumatları oğurlanan şəxslərə məlumat verilib. Kiberhücumun rus hakerlər tərəfindən edildiyi iddia edilib.

 

Pərvanə Fərhadqızı