Geniş uşaq auditoriyasını əhatə edən nağıl günləri bu gün başa çatıb.
QHT.az xəbər verir ki, üç gün ərzində davam edən nağıl günlərində 5000-ə yaxın uşaq türkiyəli və azərbaycanlı nağılçıların ifalarını dinləyiblər. Layihənin məqsədi uşaqların milli, eləcə də qardaş ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirildi.
Pərvanə Fərhadqızı












