ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına əsasən, 2023-cü ildə Arktikada orta yay temperaturu regionda rekord həddə çatıb.

QHT.az xəbər verir ki, Departamentin saytında dərc olunan hesabata görə, 1940-cı ildən bəri Arktikada orta illik temperatur 10 il ərzində 0,25 dərəcə Selsi, orta yay temperaturu isə 0,17 dərəcə artıb.
Alimlər həmçinin Arktikada dəniz buzunun 2023-cü ildə azalmağa davam etdiyini müəyyən ediblər. Hesabatda deyilir: “Bu il dəniz buzunun həcmi 1979-cu ilə aid peyk qeydlərində rekordlar üzrə altıncı ən aşağı idi, köhnə, daha qalın çoxillik buzlar 1980-ci illərdəkindən çox incədir”.


Pərvanə Fərhadqızı