Xəbərlər 10.06.2025 00:26 115

“Muğan bölgəsində Taxılçılığın inkişafına dəstək” layihəsinin icrasına start verilib

“Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Muğan bölgəsində Taxılçılığın inkişafına dəstək” adlı layihənin iyun ayının 1-dən tarixdən icrasına başlayıb.

QHT.az xəbər verir ki, bu barədə “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyin Sədri Vidadi Quliyev məlumat verib. Onun sözlərinə görə, “Muğan Düzü”Sosial İnkişaf İctimai Birliyi layihənin icrasında əsas məqsədi Taxılçılığın inkişafına dəstək olaraq Saatlı, Sabirabad rayonların kəndlərində taxılçılığı zəif inkişaf etdirən fermerlərin sahələrində yeni taxıl sortlarının, aqrotexniki-qaydalara əməl edilməsi, sent-ri yüksəltmək,məhsul istehsalını gücləndirmək məqsədi ilə sorğu əsasında analiz edilərək məhs bu rayonların kəndlərində hədəfə alınan fermerləri seçiləcək.

Strateji kənd təsərüfatı sahəsi olan taxılçılığın becərilməsi üçün  torpağın hazırlanmasından  tutmuş məhsul yığımına qədər bütün aqrotexniki  tədbirlər, şum, mala, səpin, gübrə, suvarma eyni zamanda  alaq otlarının məhsullun becərilməsinə, keyfiyyətinə mənfi təsir göstərməsi sentner-in aşağı düşməsinə səbəb olması və.s haqqında məlumat verərək  hədəfə alınan fermerlər təbbirlərə, seminarlara dəvət ediləcək.

Təşkilat fermerlərin həmin proqramnan yararlanmalarına dəstək olaraq yeni layihəyə start verildi. Hədəfə alınan fermerlərin Taxılçılığı  inkişaf etdirilməsi məqsədilə kəndlərdə tədbirlərin, seminarların keçirilməsi Taxılçılığın gəlirli sahə olması texnologiyalar və aqrotexniki metodlar haqqında fermerlərə məlumat verərək əyani vəsaitlərin, broşurların paylanması nəzərdə tutlur.  Layihə rəhbəri, layihə eksperti seminarlar, tədbirlər keçirərək Taxılçılığı inkişaf etdirmək fermerlərin sahələrində yeni Taxıl sortlarının əkilməsi, xəstəliklərə, zərərvericilərə, quraqlığa davamlı adlarının qeyd edilməsi nəzərdə tutlaraq KTN-ə həmin fermerlərə kömək məqsədi ilə Təkliflər Paketi hazırlanıb göndərilməsi müzakirə edilərək tövsiyyələr verləcək.

Layihə 3-ay (01.06. - 31.08. 2025-ci il tarixə kimi) müdətində Saatlı və Sabirabad rayonlarını əhatə edəcək. Layihə çərçivəsində Təşkilat rayon İcra Hakimiyyətinin əməkdaşları, Dövlət Aqrar İnkişaf Mərkəzləri, Əkinçilik Elmi-Tədqiqat İnstitutu mütəxəsisləri, Bələdiyyələrlə əməkdaşlıq edərək layihənin uğurla başa çatmasına nail olacaq və fəaliyyət göstərəcəyik.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı