Xəbərlər 10.06.2025 00:20 36

"Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi” layihəsinin icrasına başlanılıb

Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyini təmin etmək məqsədilə dünyanın qabaqcıl ölkələrində tətbiq olunan mexanizmlər barədə məlumat bazası formalaşdırılaraq Azərbaycan auditoriyasına çatdırılacaq.

QHT.az xəbər verir ki, bu fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən həyata keçirilən “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra ediləcək. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəsətəyi ilə icra olunan layihə 5 ay müddətində davam edəcək.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  bu müddət ərzində  sosial şəbəkələrdə informasiya təhlükəsiliyi və onların tənzimlənməsi üzrə akademik mərkəzlər tərəfindən irəli sürülən son elmi tezislər araşdırılacaq, ümumiləşdirilərək Azərbaycan auditoriyasına çatdırılacaq: "Növbəti mərhələdə isə  Almaniya, Fransa, Türkiyə, Çin , Rusiya, ABŞ, İsrail və digər ölkələrdə bu kontekstdə tətbiq olunan  modellərin öyrənilib Azərbaycan audotoriyasına çatdırılması üçün tədbirlər keçiriləcək.  Beləliklə, Azərbaycan xəbər istehsalçıları bu ölkələrdə sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq edilən qanunlar və inzibati mexanizmlər barədə məlumat alacaqlar. Məqsədimiz Azərbaycanda sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyi sahəsində innovativ dayanıqlığın yaradılmasıdır”.

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində Azərbaycan jurnalistlərinin, sosial media fəallarının, QHT təmsilçilərinin iştirakı ilə mövzu üzrə konfransların keçirilməsi də planlaşdırılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı