Azərbaycanın Türkiyə və Pakistanla strateji ticarət əməkdaşlığı sürətlə inkişaf edir - Deputat
Azərbaycan xarici siyasətində Türkiyə və Pakistanla qardaşlıq və strateji əməkdaşlıq modelinə üstünlük verir. Üç ölkə beynəlxalq platformalarda və ikitərəfli münasibətlərdə qarşılıqlı dəstək göstərir.
QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6,13 milyard dollar olub:
"2023-cü ildə bu rəqəm 7,65 milyard, 2022-ci ildə 5,84 milyard, 2021-ci ildə isə 4,66 milyard dollar təşkil edib. Hədəf ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Azərbaycan-Pakistan iqtisadi əlaqələri də sürətlə inkişaf edir. 2023-cü ildə ticarət dövriyyəsi 27 milyon dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə 2,3 dəfə çoxdur. Qarşılıqlı səfərlər və imzalanan sənədlər əməkdaşlığın genişlənməsinə imkan yaradır".
Pərvanə Fərhadqızı