“Komanda işi və liderlik bacarıqları” mövzusunda keçirilən silsilə təlimlər başa çatıb - FOTOLAR
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən Könüllülük Proqramının “Şəbəkələşmə ayı” çərçivəsində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən könüllüləri üçün “Komanda işi və liderlik bacarıqları” mövzusunda keçirilən silsilə təlimlər başa çatıb.
QHT.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Fəxrəddin Abdullayev tərəfindən Gəncə şəhərində və Şirvan rayonunda “Komanda quruculuğu, idarəetmə və liderlik bacarıqları” adlı keçirilən təlimlərdə təlimlər zamanı iştirakçılara liderlik, komanda işi və səmərəli əməkdaşlıq mövzuları interaktiv metodlarla izah edilib.
Növbəti təlim Coşqun İsmayılov tərəfindən Mingəçevir şəhərində keçirilib. Könüllülərə komandada işləmək və liderlik bacarıqlarının inkişafı mövzularında məlumat verilib. Qazanılan biliklərin praktik şəkildə mənimsənilməsi məqsədilə iştirakçılar kiçik qruplara ayrılaraq müxtəlif tapşırıqlar icra edib və təqdimatlar hazırlayıblar.
Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən keçirilən təlimlərin əsas məqsədi könüllülərin birgə fəaliyyət bacarıqlarını inkişaf etdirmək, liderlik keyfiyyətlərini gücləndirmək və onların sosial təşəbbüslərdə daha fəal iştirakını təmin etməkdir. Proqram çərçivəsində keçirilən sessiyalar, gənclərin komanda daxilində effektiv əməkdaşlıq etmə, təşəbbüskarlıq nümayiş etdirmə və məsuliyyət paylaşımı kimi mühüm bacarıqlarını artırmağa yönəlib.