Xəbərlər 20.05.2025 15:50 126

Əlilliyi olan şəxslərin bacarıqları inkişaf etdirilir - FOTOLAR

19 may 2025-ci il tarixində “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda ilk təlimə başlamışdır. 

QHT.az xəbər verir ki, bu barədə “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov məlumat verib. Onun sözlərinə görə, təlimin giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə çərçivəsində Bakı şəhəri  və Abşeron  rayonunda əlilliyi olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və üzə çıxarılması yönündə  Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə əl işlərinin öyrədilməsi məqsıdilə təlimlərin təşkili nəzərdə tutulur. Təlimdə iki qrup hər qrupda on nəfər olmaqla, bir ay müddətində həftədə iki dəfə 2 saat olmaqla təlimlərin təşkil ediləcəkdir. İki qrup əlilliyi əlilliyi olan şəxslərə muncuqdan müxtəlif növ əl işlərin toxunmasının öyrədilməsi həyata keçiriləcəkdir. Təlimi bitirən şəxslərin Xırdalan şəhəri AAAF-Park Yaşayış Kompleksində keçiriləcək sərgi və konsertdə hazırladıqları əl işlərinin satışının həyata keçirilməsinə şərait yaradılacaqdır.

 Təlimçi Zümrüd Xəlilova təlim işçirakçılarına toxuculuq materailları, texnologiyaları və ipliklər və saplar haqqında məlumat verdi. Sonra təlimdə iştirak edən əlliyi olan şəxslərə yun sapdan şərfin və muncuqlardan çantanın toxunması texnologiyasını izah etdi.  

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı