Xəbərlər 20.05.2025 16:00 61

Dünyanın ən çox qazanan idmançıları açıqlanıb - SİYAHI

Forbes jurnalı 2025-ci ildə ən çox qazanan idmançıların reytinqini açıqlayıb.

QHT.az xəbər verir ki, Forbes jurnalı 2025-ci il üçün ən yüksək gəlir əldə edən idmançıların siyahısını təqdim edib. Reytinqdə yer alan idmançılar yalnız idman meydanlarında deyil, həm də biznes, reklam və tibb sahələrində əldə etdikləri uğurlarla fərqləniblər. Siyahıya liderlik edən Kriştianu Ronaldo 275 milyon dollar gəlir əldə edib. Bu məbləğin 225 milyon dolları maaş və mükafatlardan, 50 milyon dolları isə sponsorluq və kommersiya fəaliyyətlərindən formalaşıb. Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanındakı çıxışları və qlobal sima statusu ilə liderliyini qoruyur.

İkinci yerdə yer alan Stefen Karri 156 milyon dollar qazanıb. “Golden State Warriors” komandasının oyunçusu olan Karri NBA-nin ən parlaq ulduzlarındandır. Təkcə meydandan kənar fəaliyyətləri ilə 100 milyon dollar gəlir əldə edərək reklamverənlərin sevimlisinə çevrilib. Üçüncü yeri britaniyalı boksçu Tayson Fyuri tutur. O, 146 milyon dollar qazanaraq həm döyüş meydanında, həm də idman biznesində maliyyə uğuru əldə edib.

İlk onluqda yer alan digər idmançılar:

  1. Dak Preskott (Amerikan futbolu) – 137 milyon dollar

  2. Lionel Messi – 137 milyon dollar

  3. Lebron Ceyms – 133,8 milyon dollar

  4. Xuan Soto (beysbol) – 114 milyon dollar

  5. Karim Benzema – 104 milyon dollar

  6. Şohei Otani (beysbol, Yaponiya) – 102,5 milyon dollar

  7. Kevin Dyurant – 101,4 milyon dollar

NBA, NFL, MLB, boks və həm Amerika, həm də Avropa futbolunda çıxış edən idmançılar təkcə idmanla kifayətlənmir. Onların əksəriyyəti milyonlarla izləyiciyə sahib sosial şəbəkə hesabları, brendlərlə əməkdaşlıqları və sosial biznes layihələri ilə məşhurdur.

 

Pərvanə Fərhadqızı

QHT.az 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı