Xəbərlər 13.05.2025 10:40 43

“Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsi davam edir - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin “Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsi davam edir.

QHT.az xəbər verir ki, mayın 10-da keçirilən növbəti təlimdə əvvəlcə gənclər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Ulu Öndərin abidəsini ziyarət edib, öz dərin hörmət və ehtiramlarını nümayiş etdiriblər. Daha sonra “Liderlik məktəbi”nin təlimçisi Tofiq Sadıxov tərəfindən auditoriya qarşısında çıxış etmək, mövzu seçimi, mövzuya nəzəri və praktiki hazırlıq, verbal və qeyri-verbal nitq vasitələri haqqında məlumat verilib.

Xatırladaq ki, layihə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq məqsədilə həyata keçirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı