Xəbərlər 12.05.2025 18:44 48

Əlilliyi olan şəxslərin əl işlərinin daha bir satış-sərgisi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və 2 saylı Sumqayıt "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə həmin mərkəzdə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi təşkil olunub. 

 

Satış-sərgidə Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə vərdişləri qazanan 18 nəfərin və hazırda peşə öyrənən bir qrup gəncin 700-ə yaxın əl işi nümayiş olunub. 

 

Sərginin məqsədi əlilliyi olan gənclərimizin cəmiyyətə inteqrasiyası, onların yaradıcılıq potensialının dəstəklənməsi və ictimaiyyətə təqdim edilməsidir. 

 

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan sərgidə 9 yaradıcı istiqamət (rəssamlıq, vitraj boya, toxuculuq, toxunma suvenir oyuncaqlar, bədii oyma, xalçaçılıq, dulusçuluq və b.) üzrə sənət nümunələri təqdim edilib. 

 

Əlilliyi olan şəxslərin bacarıqlarının üzə çıxarılması, onların yaradıcılıq fəaliyyətlərinin stimullaşdırılması, maddi rifahına və sosial inklüziyasına dəstək göstərilməsi baxımından xüsusi əhəməiyyət daşıyan satış sərgiləri mütəmadi olaraq təşkil edilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı