Xəbərlər 13.05.2025 09:21 54

“Zəngəzur - Yurdum Mənim” adlı tədbir keçirilib - FOTOLAR

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin Qərbi Azərbaycana həsr etdiyi “Zəngəzur - Yurdum Mənim” adlı tədbirdə iştirak etmişlər.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri Elbrus İsayev qeyd etmişdir ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmişdir. Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır.

Qərbi Azərbaycan İdarə Heyətinin üzvü, Keşkənd rayon İcmasının sədri, professor Mahirə Hüseynova çıxış edərək qeyd etmişdir ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür, yüzlərlə bu xüsusda olan yer adlarını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişmir. Tədbirin bədii hissəsində Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin əslən Zəgəzurdan olan müəllim və şagird heyətinin ifasında “Dərələyəz”, “Tarantella”, “Sarı gəlin”, “Sirli bağ”, “Azərbaycan”, “Dilican” və digər musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı