Xəbərlər 13.05.2025 00:14 77

Ulu Öndər irsinin təbliği 

Ulu Öndər irsinin təbliği 

 

 Masallı Mərkəziləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər 

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Masallı Rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
Mərkəzi kitabxanada, eləcə də ərazilərdəki kitabxana filiallarında təşkil edilən tədbir, ekskursiya və kitab sərgiləri iştirakçıların marağına səbəb olub. 
Körpə fidanların və məktəblilərin kitabxanaya ekskursiyaları zamanı dahi şəxsiyyət Heydər Əliyevin zəngin ömür yolu haqqında onlara məlumat verilib, eləcə də iştirakçıların ifasında Ümummilli Liderə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafiya, fotoalbomlar və müxtəlif nəşrlərin nümayiş edildiyi sərgilərə böyük maraq göstərən sakinlər Azərbaycan xalqının xilaskarından bəhs edən dəyərli əsərlərlə tanışlıqdan sonra istədikləri kitablara abunə olublar.
Tədbirlər zamanı xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsinin yeni nəslə çatdırılmasının vacibliyi və əhəmiyyəti diqqətə çatdırılıb. 

 

Akif AĞAYEV
 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı