Xəbərlər 13.05.2025 12:41 29

Yanvar-aprel aylarında 148,9 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 148 881 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

 

Onlardan 44,1 min şəxs münasib işlərlə təmin olunub, 5,4 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

 

Qeyd olunan dövrdə Agentlik tərəfindən 2,8 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 96,6 min şəxsə peşəyönümlü xidmətlər göstərilib. 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı