Xəbərlər 19.05.2025 20:23 23

Uşaqlar üçün sosial xidmət müəssisələrinin fəaliyyətində keyfiyyətin artırılması məqsədilə onlayn təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən uşaqlar üçün sosial xidmət müəssisələrinin fəaliyyətində keyfiyyətin artırılması məqsədilə onlayn təlim keçirilib. 

 

İki gün davam edən təlim sosial xidmət müəssisələrində olan uşaqların öz ailələrinə reinteqrasiyası prosesi zamanı göstərilən sosial xidmətin keyfiyyətinin artırılması məqsədi ilə təşkil edilib. 

 

Təlimdə Agentliyin müvafiq strukturlarının əməkdaşları, regional filialların nümayəndələri, uşaq müəssisələrinin rəhbərləri, sosial işçilər və mentorlar iştirak ediblər. 

Təqdimatlarda müəssisələrdə yaşayan uşaqların qiymətləndirilməsi, fərdi inkişaf planlarının hazırlanması və digər mühüm fəaliyyətlərlə bağlı nümunələr təqdim edilib. Uşaqların rifahı, onların ailə mühitində böyüməsinin təmin olunması və ümumilikdə qeytkipinq prosesinin effektiv təşkili alətlərinin əhəmiyyətindən danışılıb. 

 

Təlim prosesində real nümunələr əsasında təhlillər və qarşılıqlı müzakirələr aparılıb, suallar cavablandırılıbTəqdimatlarda müəssisələrdə yaşayan uşaqların qiymətləndirilməsi, fərdi inkişaf planlarının hazırlanması və digər mühüm fəaliyyətlərlə bağlı nümunələr təqdim edilib. Uşaqların rifahı, onların ailə mühitində böyüməsinin təmin olunması və ümumilikdə qeytkipinq prosesinin effektiv təşkili alətlərinin əhəmiyyətindən danışılıb. 

 

Təlim prosesində real nümunələr əsasında təhlillər və qarşılıqlı müzakirələr aparılıb, suallar cavablandırılıb

 

 

.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı