Xəbərlər 19.05.2025 20:34 54

Milli QHT Forumuna üzv təşkilatların yeni siyahısı hazırlanır - Xatirə Vəliyeva

Milli QHT Forumunun İdarə Heyəti üzv təşkilatların yeni siyahısının hazırlanması barədə qərar qəbul edib və hazırda bu proses davam edir.

QHT.az xəbər verir ki, bunu İdarə Heyətinin üzvü Xatirə Vəliyeva Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin 1 illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki siyahılar təftiş edilib, orada çoxsaylı qüsurlar aşkarlanıb:

"Ona görə də İdarə Heyəti qərara aldı ki, üzv təşkilatların yeni siyahısı hazırlansın. Hazırda proses davam edir. Foruma üzv təşkilatlar ofisin konfrans zallarından limitsiz şəkildə ödənişsiz istifadə imkanı qazanır".

İdarə Heyətinin üzvü bildirib ki, bu ilin I rübündə Forumun ofisində 60-dan çox tədbir keçirilib:

"Bu gün Forumun ofisi “QHT Evi”dir, bura hər zaman qaynayır, Foruma üzv təşkilatlar burada çoxsaylı tədbirlər, görüşlər keçirir. Bu ilin I rübündə Forumun ofisində 60-dan çox tədbir keçirilib ki, bu da 2024-cü ildə ofisimizdə keçirilmiş bütün tədbirlərin sayından iki dəfə çoxdur. Artıq 100-ə yaxın təşkilat yeni üzvlük vəsiqələrini əldə edib, müraciətlərə İdarə Heyətinin iclaslarında baxılır, mərhələli qaydada bu ilin sonuna qədər bütün üzvləri yeni vəsiqələrlə təmin etməyi planlaşdırırıq”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı