Xəbərlər 19.05.2025 20:58 44

UNEC-də "Məşğulluq həftəsi": Tələbələrə karyera imkanları yaradılır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin karyera inkişafına dəstək məqsədilə “Məşğulluq həftəsi” (Employability Week) keçirilir.

QHT.az xəbər verir ki, UNEC “Synergia Academy” və “Pasha Group”a daxil olan 12 şirkətin iştirakı ilə təşkil olunan tədbir, sonuncu kurs tələbələrinin məşğulluğunu artırmaq məqsədini daşıyır. Tələbələr iş dünyasının insan resursları nümayəndələri ilə birbaşa təmasda olmaq, seminar və görüşlərdə iştirak edərək bacarıqlarını təkmilləşdirəcək, seçilmiş tələbələr isə müsahibə mərhələlərinə qatılacaqlar. UNEC rektoru professor Ədalət Muradov, bu tədbirin universitetin prioritetlərindən biri olduğunu və tələbələrin yüksək maaşlı işlərlə təmin olunmasının vacib olduğunu vurğulayıb. “Synergia Academy”nin CEO-su Rəna Əfəndiyeva isə bu təşəbbüsün tələbələr üçün karyera imkanları yaratdığını bildirib. Məşğulluq həftəsində iştirak edən şirkətlərin insan resursları rəhbərləri, tələbələrə müsahibə prosesində diqqət etməli olduqları məqamları və karyera planlamasını izah ediblər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı