Xəbərlər 16.05.2025 20:27 64

Maştağada yeniyetmələr üçün yol hərəkəti təhlükəsizliyi layihəsinin təqdimatı keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi 16 may 2025-ci il tarixində Maştağa qəsəbəsində yerləşən K. Məmmədov adına 209 №-li tam orta məktəbdə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatını keçirmişdir.

QHT.az xəbər verir ki, təqdimat məktəbin pedaqoji kollektivinin iştirakı ilə baş tutmuşdur. Tədbirin təşkili üçün məktəbin kitabxanasının qiraət zalında xüsusi hazırlıq işləri görülmüş, təmizlik və səliqə-səhman yaradılmış, layihənin roll-apı qurulmuşdur. Masaların üzərinə yol hərəkətinin təhlükəsizliyinə dair yaddaş kitabçaları, uşaq hüquqları barədə broşürlər, xüsusi stendlərdə məlumat daşıyıcıları və layihənin digər atributları yerləşdirilmişdir. Təqdimatda məktəbin 16 nəfərdən ibarət pedaqoji heyəti iştirak etmişdir.

Layihənin təqdimatı saat 13:00-da başlamışdır. Layihə rəhbəri N. Nəcəfov tədbir iştirakçılarını salamlamış, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin cəmiyyətdə rolunun inkişafı sahəsində gördüyü məqsədyönlü və səmərəli fəaliyyəti haqqında danışmışdır. O, həmçinin ictimai fəallığın artırılması və cəmiyyət üçün aktual məsələlərin həllinə yönəlmiş illik qrant müsabiqələrinin əhəmiyyətini vurğulamışdır. “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin məktəblilər üçün fərdi təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.

Daha sonra layihə rəhbəri pedaqoji kollektivin üzvlərinin suallarını cavablandırmış, layihənin mövzusu ətrafında müəllimlərlə fikir mübadiləsi aparmış və onların təkliflərini dinləmişdir.

Təqdimat zamanı “Oriqami” İctimai Birliyi tərəfindən foto və video çəkilişlər aparılmışdır. Tədbir barədə media qurumlarına məlumat göndərilmişdir.

Layihənin icrası müddətində Maştağa qəsəbəsində yol polisi əməkdaşlarının iştirakı ilə seminarların təşkili, praktik məşğələlər, rollu və situativ oyunlar, eləcə də digər maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı