Xəbərlər 09.04.2025 00:14 399

QHT sədri Heydər Əliyev Fonduna müraciət edib

Yayım Assosiasiyası İB İdarə heyətinin üzvü, Yeni nəşrlər kataloq - jurnalının redaktoru Fazil Kərimovun səhhəti kəskin pisləşib.

QHT.az xəbər verir ki, ailəsindən verilən məlumata görə qida borusunda xərçəng şişləri aşkar edilmişdir. Dekabr ayından bu günə qədər altı dəfə kimyaterapiya qəbul edən Fazil müəllimin səhhəti ağır olaraq qalır. Həkimlər cərrahi müdaxilənin qaçılmaz olduğunu bildirirlər. Bir həftə müddətində əməliyyat olunmasa həyatı təhlükəsi daha da artacaqdır. Təssüf ki ailənin maddi durumu əməliyyat xərclərini qarşılamağa imkan vermir. Vəziyyətin ciddiliyini nəzərə alaraq dünən Yayım Assosiasiyası İB sədri Yaşar Zeynalov İdarə heyəti adından Heydər Əliyev Fonduna müraciət etmişdir. Fazil Kərimovun ailəsi də əməliyyat xərclərinin ödənilməsi üçün Fonda müraciət etmişdir.

Yayım Assosiasiyası İB sədri Yaşar Zeynalov bildirmişdir ki, Fazil müəllimin səhhətini diqqətdə saxlayacağıq.

Allah şəfa versin.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı