Qərb Gürcüstanda "Rəngli inqilab" ssenarisi planlaşdırır/ VİDEO
QHT.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov AZTV Media kanalında yayımlanan "Hədəf" verilişi çərçivəsində bildirib ki, Gürcüstanda hakimiyyəti dəyişmək üçün hazırlanmış texnolgiyanın 3-cü fazasına start verilir. Bəzi güclər üçün arzuolunmayan hakimiyyətlərin dəyişdirilməsi üçün dövlətlərdə demokratiyanın səviyyəsindən asılı olaraq fərqli texnologiyalar tətbiq edilir:
"Gürcüstanda nisbi demokratiya olduğu üçün (vətəndaş cəmiyyəti, çoxpartiyalılıq, nisbi azad media və s.) əsas istifadə olunan 3 texnologiyanın ən azı ikisi tətbiq olunub. İndi 3-cü fazaya cəhdlər var.
1-ci faza: Seçkilər yolu ilə hakimiyyətin dəyişdirlməsi. Xüsusi mərkəzlərin hazırladığı texnologiyua əsasənda hakimiyyət seçki kampaniyası dövründə maksimum diskreditasiya olunur və zəruri çoxluğu əldə edə bilmir. Bu zaman ya hakimiyyət könüllü surətdə təhvil verilir, verilməyəndə kütləvi etirazlara start verilir. Gürcüstanda hakim partiya nisbi səs çoxluğu əldə etdi. Amma hakimiyyəti dəyişmək istəyənlərin planı baş tutmadı. Bu zaman ikinci fazaya start verildi.
2-faza: Qeyri-zorakı aksiyalar (nonviolent resistance) yolu ilə hakimiyyəti güzəştlərə getməyə (nəticələri ləğv edib yeni seçkilər təyin etmək) vadar etmək. Gürcüstanda bu fazada da zəruri kritik kütlənin olmaması, biznes və yaşlı nəsilin prosesdə aktiv olmaması nəticəyə gətirmədi. Hazırda 3-cü fazaya start verilir. Baş tutacaqmı?
3-cü faza: Zorakılıqla müşayət olunan üsyan. Bunun üçün Gürcüstanda zəruri kritik kütlənin formalaşdırılmasına başlanıb. Tətbiq olunacaq sanksiyalar Avropandan bəhrələnən ailələrin və vizasız gediş-gəlişin ləğv olunması nəticəsində geri dönəcək Avropda işləyən şəxslərin hesabına kritik kütləni yetişdirə bilər və etirazçıların sayı və tərkibi dəyişə bilər. Etirazların güclənməsi fonunda biznes və yaşlı nəsil də etirazlara dəstək verə bilər. Hazırlanmış provokasiya nəticəsində "sokral qurban" və ya "dadlı qurban" (tasty victim) verilə bilər ki, bu da laqeyid əhalinin hiddətləndirə bilər.
Mən dünən bu fikirlərə yaxın fikirləri aztv-nin "Hədəf" proqramında səsləndirmişdim. İndi Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti provokasiyalar barədə xəbərdarlıq edib.
Deməli 3-cü faza reallaşır. Bu arada daha bir yaxşı olmayan xəbər də var. Hakim partiya içərisində parçalanma elementləri görünməkədədir".
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı