Xəbərlər 06.12.2024 13:00 239

UNEC-də “Könüllülük Həftəsi”nə start verildi

Dekabrın 5-dən UNEC-də “Könüllülük Həftəsi” adı altında genişmiqyaslı tədbirlərə start verilib. Tələbələr həftə boyunca müxtəlif tədbir və layihələrdə iştirak edərək, könüllülük anlayışı, onun əhəmiyyəti və cəmiyyətə töhfələri barədə daha geniş məlumat əldə edəcəklər.

QHT.az xəbər verir ki, radio UNEC-də könüllülük fəaliyyətlərinin uğurlu nümunələri və iştirakçıların təcrübələri barədə xüsusi proqramlar yayımlanacaq. Layihənin əsas hissələrindən biri tələbələrin Heydər Əliyev Mərkəzinə təşkil olunacaq ekskursiyasıdır. Bu səfər zamanı tələbələr Ulu Öndərin çoxşaxəli fəaliyyəti və zəngin irsi ilə tanış olmaq fürsəti qazanacaqlar.

Həftə ərzində həmçinin bilik və idman yarışları, mütaliə və esse müsabiqələri təşkil ediləcək. Tələbələr bu tədbirlərdə öz bilik və bacarıqlarını nümayiş etdirəcək, komandalar arasında sağlam rəqabət mühiti formalaşdırılacaq.

Bu təşəbbüs UNEC tələbələrinin şəxsi inkişafına töhfə verməklə yanaşı, könüllülüyün dəyərini təbliğ etməyi hədəfləyir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı