"Çalxanqala: qaçqınların qayıdış həsrəti" layihəsi çərçivəsində yeni kitabın təqdimatı keçirilir
"Çalxanqala: qaçqınların qayıdış həsrəti" layihəsi çərçivəsində "Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç" adlı kitabın təqdimatı keçirilir.
QHT.az xəbər verir ki, tədbirdə Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, VI çağırış deputatı İltizam Yusifov, Azərbaycan Dövlət Pedaqoji Universitetində beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, akademiklər, alimlər və ictimai fəallar iştirak edirlər.
Tədbirdə çıxış edənlər kitabda yer alan tarixi faktların dərin təsirini və qanlı hadisələri xatırladan anları vurğulayıblar. Tədbir iştirakçıları, kitabın və onun təqdim etdiyi məlumatların gələcək nəsillər üçün əhəmiyyətini müzakirə edərək, bu cür layihələrin davamlılığının vacib olduğunu bildirdilər.