QHT sədri Bəsti Nəsibova: "Qızlarımız gələcəyin liderləridir"
"Gələcəyə Baxış Avropaya İnteqrasiya" İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az -a özəl açıqlamasında, 11 oktyabr - Beynəlxalq Qız Övladları Günü münasibətilə açıqlama verib.
O, qızların cəmiyyətin inkişafında oynayacağı önəmli rola diqqət çəkərək, təşkilatın gənc qızların təhsili və gender bərabərliyinin təmin olunması məqsədilə Tərtər, Mingəçevir və Bakıda müxtəlif tədbirlər keçirdiyini bildirib. Tədbirlərdə qloballaşmanın milli-mənəvi dəyərlərə təsiri və qızların xaricdə təhsilə təşviqi mövzuları müzakirə olunub. Nəsibova vurğulayıb ki, təhsilli və güclü qızlar gələcəyin liderləri və dəyişiklik daşıyıcılarıdır. Təşkilat olaraq, gənc qızların hüquqlarının qorunması və potensiallarının inkişaf etdirilməsi istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır:
"Bununla yanaşı, təşkilat olaraq, gələcəkdə də bu istiqamətdə daha çox layihə və təşəbbüslər həyata keçirməyi planlaşdırırıq. Gənc qızların təhsilinə, hüquqlarının qorunmasına və onların potensiallarının üzə çıxarılmasına yönəlik layihələrimiz davam edəcək. İnanırıq ki, qız övladlarının dəstəklənməsi ilə daha güclü, savadlı və dinamik bir gələcək formalaşdıracağıq. Bugün və hər gün, qızlarımızın hüquqlarının qorunması, onların arzularına çatması üçün daim çalışmalıyıq. Onlar bizim gələcəyimizdir və bu gələcək onların əllərində formalaşacaq".
Pərvanə Fərhadqızı
QHT.az