Xəbərlər 24.09.2024 10:25 2328

"Dövlətin Qarabağa yönəlik investisiyaları gənclərin iqtisadi inkişafına dəstək verəcək" - Zülfiyyə Nuriyeva

QHT.az-a özəl açıqlama verən "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, Qarabağda dövlətin diqqətinin və beynəlxalq investisiyaların bölgənin inkişafına yönəldiyini qeyd edib. O, Qarabağda təhsil alan gənclərin gələcək inkişafda mühüm rol oynayacağını və onların kənd təsərrüfatı sahəsində fəaliyyətlərinin Qarabağın sosial-iqtisadi inkişafına töhfə verəcəyini bildirib:

"Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qarabağ Universiteti gənclər üçün yalnız təhsil ocağı deyil, həm də onların gələcəkdə bu ərazilərdə iş tapmaları və öz bilikləri ilə regionun inkişafına dəstək olmaları üçün bir platformadır.  Gənclərin Qarabağ Universitetində təhsil alaraq ölkənin inkişafına xidmət etməsi onların Vətən qarşısında növbəti qəhrəmanlıq borcudur".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı