Yazıçı Şəddat Cəfərovun 85 illik yubileyi keçirildi - FOTOLAR
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış yazıçı və poliqrafiya sahəsinin görkəmli nümayəndəsi Şəddat Cəfərovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.
QHT.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyindən verilən məlumata görə, tədbirdə ədəbiyyat və mədəniyyət xadimləri, yazıçılar, ziyalılar və Şəddad Cəfərovun dostları iştirak edərək, onun uzun illər ərzində Azərbaycan poliqrafiyası və ədəbiyyatına verdiyi dəyərli töhfələrdən bəhs etdilər. Yubilyarın zəngin yaradıcılığı, poliqrafiya sahəsindəki uğurları və yazıçı kimi nüfuzlu fəaliyyəti yüksək qiymətləndirildi. Tədbir iştirakçıları Şəddat Cəfərova gələcəkdə də yeni yaradıcılıq uğurları və sağlamlıq arzulayaraq onu ürəkdən təbrik etdilər.
Pərvanə Fərhadqızı