Xəbərlər 09.09.2024 16:40 1978

Yaşıl düşüncənin əhəmiyyəti

“Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyi “Yaşayış binalarında yaşıl düçüncə ilə enerji səmərəliyinin artırılması” layihəsini  icra edir.

QHT.az xəbər verir ki, bu barədə Ekoleks ekoloji hüquq mərkəzinin direktoru Sevil İsayeva məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində aparılan araşdırımaların nəticələri barədə cəmiyyət mütəmadi məlumatlandırılır. İctimaiyyət nümayəndələri ilə görüşlərdə sual doğuran məsələlərdən biri yaşıl düşüncənin nə olması və onun həyata keçirilməsi üçün mühüm şərtlərin hansı olmasdır. Yaşıl düşüncə, insanların ətraf mühitə təsirini minimuma endirmək üçün daha ekoloji cəhətdən təmiz məhsullara və davranışlara yönəldiyini nəzərdə tutur. Bu düşüncə tərzi, enerji səmərəliyinə nail olmaq üçün zəruri olan davranış dəyişikliyinə gətirib çıxarır. Məsələn, işıqları lazımsız yerə açıq saxlamamaq, suyu israf etməmək, otaqların temperaturunu düzgün tənzimləmək və enerjiyə qənaət edən cihazlardan istifadə etmək yaşıl düşüncə tərzinin nümunələridir.

Emerji səmərəliliyinə nail olmaq üçün yaşayış binalarının izolyasiya və istilik sistemlərinin modernləşdirilməsi, yenilənmiş işiqlandirma sistemlərini tətbiqi, məişət texnikalarinin səmərəli istifadəsi, bərpa olunan enerji mənbələrinin inteqrasiyasi, ağilli enerji idarəetmə sistemlərinin istifadəsi mühüm şərtdir.

Yaşayış binalarında istilik itkisini azaltmaq üçün düzgün izolyasiya sistemlərinin tətbiqi vacibdir. Divarların, döşəmələrin və damların yaxşı izolyasiya olunması enerjinin səmərəli istifadəsinə imkan verir. Bununla yanaşı, modern istilik sistemlərinin quraşdırılması da enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır. Enerji səmərəliyinin artırılması üçün işıqlandırma sistemlərində LED lampalar və ağıllı işıqlandırma sistemlərinin istifadəsi tövsiyə olunur. LED lampalar daha az enerji sərf etməklə, eyni zamanda daha uzun müddət xidmət edir. Ağıllı işıqlandırma sistemləri isə yalnız lazım olan zaman işıqları yandırır, bu da enerjiyə qənaət edir.

Enerji səmərəliyini təmin etmək üçün enerjiyə qənaət edən məişət texnikalarından istifadə vacibdir. A+++ sinifli cihazlar daha az enerji sərf edərək eyni funksiyaları yerinə yetirir. Bundan əlavə, bu cihazların düzgün istifadəsi də vacibdir, məsələn, paltaryuyan və qabyuyan maşınları tam dolduqdan sonra işə salmaq daha səmərəlidir. Yaşayış binalarında günəş panelləri və ya kiçik külək turbinlərinin quraşdırılması bərpa olunan enerji mənbələrinin istifadəsinə imkan verir. Bu, həm enerjiyə qənaət edir, həm də ətraf mühitə zərəri minimuma endirir.

Ağıllı ev sistemləri vasitəsilə enerji sərfiyyatını nəzarətdə saxlamaq mümkündür. Bu sistemlər işıqlandırma, istilik və məişət texnikalarını idarə edərək, enerji səmərəliyini artırır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı