Xəbərlər 29.08.2024 11:17 3118

QHT liderləri Parlament seçkilərində - Aynur Zülfüqarova

QHT sədri Aynur Zülfüqarova 24 saylı Nizami birinci seçki dairəsinin reytinqi yüksək olan namizədidir.

QHT.az xəbər verir ki, Milli məclisə 1 sentyabr 2024-cü ildə keçiriləcək seçkilərdə 1052 namizəd qeydə alınıb. Bunlardan biri də 24 saylı Nizami birinci seçki dairəsindən qeydə alınan tərəqqi medalçısı, ilin müəllimi, Qabaqcıl Təhsil İşçisi, Fəlsəfə doktoru Aynur Zülfüqarovadır. Hazırda təbliğat-təşviqat kompaniyası davam edir. Parlament seçkilərinə sayılı günlər qalıb. QHT.az xəbər verir ki, Aynur Zülfüqarova onlayn səsvermədə ictimaiyyət tərəfindən ən çox səs toplayan namizədlərdəndir. Aynur Zülfüqarovanın bu seçkidə şansının yüksək olduğu nəzərə çarpır.

Aynur Zülfüqarova mütəmadi olaraq Nizami rayon sakinləri ilə görüşlər keçirir, öz seçki platforması haqqında məlumat verir, və seçilsə də seçilməsə də QHT sədri kimi onların yanında olacağını bildirir. Bu da seçicilər tərəfindən xoş hal kimi qarşılanır. Qeyd edək ki,  Aynur Zülfüqarova uzun illər Nizami rayonunda yerləşən Xəzər Universitetində, və onun nəzdindəki Dünya məktəbində çalışıb. 28 illik pedaqoji təcrübəyə malikdir.

Parlament  seçkilərində namizədə uğurlar arzu edirik.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı