Xəbərlər 27.06.2024 19:34 1137

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçiriləcək

Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 28-30 iyun tarixlərində Quba rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçiriləcək.

QHT.az xəbər verir ki, layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.

Qeyd edək ki, "Tarixin İzi ilə: Yaddaşımız Gələcəyimizdir" adlı II gənclər düşərgəsi, Quba rayonunda keçiriləcək olan bu layihə ölkəmizin müasir tarixi ilə bağlı aktual mövzuları gənclər arasında məlumatlandırmağa, Qərbi Azərbaycanın və Azərbaycan həqiqətlərinin daha geniş yayılmasına və təşviqinə nail olmağa çalışır. Bu tədbir, gənclərimizə tarixi və sosial məsələlərlə bağlı səciyyəli perspektivlər təqdim edərək onların fəal iştirakını və düşüncələrini dəstəkləməyə çalışır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı