Xəbərlər 24.06.2024 13:55 1144

İctimai Şuraların formalaşmasında neqativ irsdən təmizlənmə müşahidə edirik – Administrasiya rəsmisi

Bu gün Zəngilanda baş turan Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir Tural Əliyev  qeyd edib ki, ictimai iştirakçılığın təzahürlərindən biri olan İctimai Şuraların formalaşmasında da neqativ irsdən təmizlənmə müşahidə edirik.

"Bu il 2 mərkəzi icra hakimiyyəti qurumunda – Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Elm və Təhsil Nazirliyində yeni tərkibdə ictimai şuralar formalaşıb. Yeni yaranan ictimai şuraların heyətlərinin sırf sahə, profil üzrə peşəkar mütəxəssislərdən ibarət olması müşahidə edilir. Bu xətti təqdir edirik.  
Hiss olunur ki, QHT fəaliyyətində əmək sərf etmiş, peşəkar, QHT fəlsəfəsinə sadiq insanlar özləri elə bir mühit yaranmasına kömək ediblər ki, işbazlar, heç bir sektorda uğur qazana bilməyib özünü burada sınamağa çalışanlar, cılız ambisiyaların əsiri olan təsadüfi şəxslər, reketliklə məşğul olanlar, qrant dəllal və dələduzları, iftira pərgarları üçün meydan sürətlə daralır. Sağlamlaşdırma tədbirləri qarşıdakı dövrdə daha da dərinləşdiriləcək, bu sahədə hüquqi alətlər işə düşəcək. QHT sektoruna asan qazanc üçün gələnləri, köhnə əyyamların xiffəti ilə yaşayanları bundan sonra da məyus etməli olacağıq."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı