Xəbərlər 27.06.2024 17:24 1548

Forumda Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi də iştirak edib - FOTOLAR

Zəngilan rayonunda keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri də iştirak edib.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonunda 2 gün davam edən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda iştirak “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində QHT-lərin üzərinə düşən vəzifələr barədə geniş məlumat almaqlarına səbəb olub.

“Azərbaycan QHT-ləri: nəticələr və hədəflər", “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” və “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzusunda panel müzakirələr isə bu məlumatları daha da təkmilləşdirdi. Müzakirələrdə suallar ünvanlamaq və fikir bölüşdürmək üçün şərait yaradıldı.

Təşkilatın bu əhəmiyyətli Forumda iştirakına şərait yaratdığı üçün İctimai Birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilatçılara təşəkkürünü bildirir. 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı