Xəbərlər 13.06.2024 17:40 2143

Neqativ Uşaqlıq Təcrübələrinin Sağlamlıq Üzərinə Təsirləri

"Neqativ Uşaqlıq Təcrübələri (NUT) uşaqlıq dövründə (0-18 yaş arası) baş verən travmatik hadisələrdir. NUT-a zorakılıq növləri, narkotik maddələrdən istifadə, psixi xəstə valideynlər, valideynlərin boşanması, həbsdə olan ailə üzvü, yoxsulluq, təbii fəlakətlər, müəssisələrdə yaşamaq və müharibə dövrləri daxildir. Uşaqlıqda bu cür travmalar emosional və uzunmüddətli təsirlərə malik ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, NUT uşaqların erkən yaşlarda məruz qala biləcəyi intensiv stres mənbələrindəndir".

Bu sözləri uşaq inkişafı üzrə mütəxəssis, həkim Sosial iş üzrə doktorant Ülviyyə Mirzəyeva QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan kontekstində NUT:

  1. Qarabağ müharibəsinin təsirləri: Qaçqınlıq, məcburi köçkünlük, valideynlərin itirilməsi.

  2. Yoxsulluq: Az çəkili doğulmalar, internatlara atılma, erkən təhsildən kənarda qalma.

  3. Erkən evliliklər: 2011-ci ildə 18 yaşına çatmamış 5138 qız evlənmişdir.

  4. Məişət zorakılığı: Qanunlara baxmayaraq, zorakılığın ört-basdır edilməsi və qeyri-adekvat yardım.

Ülviyyə Mirzəyeva araşdırmalarında göstərir ki, insanların əksəriyyəti uşaqlıqda NUT yaşayıb: "ABŞ-da sorğuda iştirak edənlərin 62%-i uşaqlıqda ən az bir NUT keçirdiyini bildirib. NUT uzunmüddətli sağlamlıq və sosial risklər yaradır. Daha çox NUT yaşayan şəxslərin yetkinlikdə ciddi psixi xəstəliklərə malik olmaq ehtimalı daha çoxdur. NUT müxtəlif sağlamlıq problemlərinə, zədələrə, psixi pozğunluqlara, yeniyetmə hamiləliyinə və intihara səbəb ola bilər. Həmçinin təhsil və məşğulluğa mənfi təsir göstərir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı