Xəbərlər 25.06.2024 18:18 1314

Güclü troyan virusu tanınmış şirkətlərin Android cihazlarını hədəf alır

Check Point Research (CPR), Rafel adlı güclü Android trojanının bir neçə kibercinayətkar qrupun məşhur smartfon markalarına hücum etmək üçün istifadə edildiyini aşkar etmişdir. Bu hücumlar Samsung, Xiaomi, Vivo və Huawei smartfonları sahibləri üçün risk yaradır.

QHT.az xəbər verir ki, Rafel, hücum edənlərə məlumatların oğurlanması, cihazların uzaqdan idarə olunması, zəng qeydlərinin silinməsi və ransomware kimi fəaliyyət göstərmək kimi fərqli zərərli hərəkətlər etmək imkanı verir. Bu troyandan ən azı 120 zərərli kampaniya müəyyən edilib və bu aksiyaların coğrafiası genişdir, məsələn, ABŞ, Çin, Almaniya, Hindistan və digər bir çox ölkədə hücumlar baş verib.

Hücuma məruz qalan cihazların 87,5%-i köhnəlmiş Android versiyaları ilə işləyirdi və yeniləmələr qəbul edilmir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı