Xəbərlər 25.06.2024 17:35 1260

UN OHCHR və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşəbbüsü ilə 'TOT' təlimləri davam edir - FOTOLAR

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (UN OHCHR) və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşəbbüsü ilə başlamış “TOT” təlimləri artıq ikinci gündür ki, uğurla davam edir.

QHT.az xəbər verir ki, təlimin bugünkü gündəliyində insan hüquqları sahəsində olan əsas beynəlxalq sənədlər, mülkiyyət və əqli mülkiyyət hüququ, əmək və pensiya hüquqları haqqında təqdimatlar geniş yer alıb. Eyni zamanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər haqqında məlumatlar da diqqət çəkib.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, İnstitutun təlimçi-ekspertləri və hüquq tədqiqatçıları tərəfindən həyata keçiriləcək təlimlərin iyunun 29-na kimi davam etməsi nəzərdə tutulub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı