Xəbərlər 25.06.2024 18:00 1033

Qarabağ və Şərqi Zəngəzurda növbəti peşə kursları təşkil edilib

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkili işlərini davam etdirir.

 

Agentlik tərəfindən Qarabağ və Şərqi Zəngəzur üzrə növbəti peşə hazırlığı kursları təşkil edilib. Kurslara Laçın şəhəri, Laçının Zabux kəndi və Füzuli rayonunun Horadiz şəhəri üzrə 27 nəfər keçmiş məcburi köçkün cəlb olunub. 

 

Həmin şəxslərə kurslarda “proqramla idarə olunan dəzgahların operatoru”, “ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” və “tikiş avadanlıqlarının operatoru, tikişçi” peşələri istiqamətində bilik və bacarıqlar öyrədilir. 

 

Kursları uğurla bitirənlərin işlə təminatına da dəstək göstəriləcək.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı