Xəbərlər 04.06.2024 10:30 1181

Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində uşaq evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə ondoqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2020-ci il təvəllüdlü uşağı xilas ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı