Xəbərlər 28.06.2024 01:30 1681

"Forum bu gün üçün prioritet hesab edilən mövzularla bağlı panel müzakirələrin keçirilməsi ilə yadda qaldı" - QHT sədri / FOTOLAR

"24-25 iyun tarixlərində Zəngilan rayonundakı Konqres Mərkəzində Azərbaycan Respublikasınn Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” keçirildi. Forum yüksək səviyyədə təşkil olundu. Forumun işğaldan azad olunmuş Zəngilan şəhərində keçirilməsi çox təqdirəlayiq idi".

QHT.az xəbər verir ki, bu sözləri Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, Forumda iştirak edən çox saylı vətəndaş cəmiyyətinin nümayəndələri eyni zamanda Şərqi Zəngəzurda aparılan geniş quruculuq-bərpa işləri ilə də tanış oldular: "Forum çərçivəsində yenidən qurulan hərbi hissələrimizlə də tanış olduq. Forum eyni zamanda bu gün üçün prioritet hesab edilən mövzularla bağlı panel müzakirələrin keçirilməsi ilə də yadda qaldı. Bu Forumun keçirilməsini yüksək qiymətləndirirəm və təşkilatçılara da öz minnətdarlığımı bildirirəm".

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı